NUHÇIXAN İnformasiya Agentliyi "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan baş nazir Nikol Paşinyanın müşaviri vəzifəsindən azad edilib.
Bildirilib ki, Arşak Karapetyan 2016-cı ilin Aprel döyüşlərindən sonra Kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edilib.