Yerevanda qadınların iştirakı ilə etiraz aksiyası keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar hökumət binasının qarşısında toplaşıb. Onlar hökumətin istefasını tələb edirlər.
Aksiya zamanı etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.
Nümayişçilər polis səddini yararaq hökumət binasına daxil olmağa çalışıb. Daha sonra onlar polis əməkdaşlarına yumurtalar atıb.
Son məlumatlara əsasən, bir neçə nəfərin saxlandığı deyilir.