Paşinyan Putinə Rusiya vaksininin Ermənistanda qeydiyyatı barədə yalan danışıb

A- A A+

Rusiyanın “Sputnik V” vaksini Ermənistanda qeydiyyata alınmayıb, amma baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə bildirdi ki, vaksin qeydiyyata alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə və Əmək Müfəttişliyinin Dərman Vasitələri İdarəsinin sabiq rəisi Vaqe Minasyan özünün feysbukdakı səhifəsində yazıb.

"Siyasətsiz və vaksinə qarşı təbliğat aparmadan, mənim nəzarətim tamamilə peşəkardır. Gerçəkliyi bu dərəcədə bilməmək və dərmanların istehsaldan başlayaraq idxalına, istifadəsinə, zərərsizləşdirilməsinə qədər əsas olan təhlükəsiz dövriyyəsi üçün əsas olan dövlət qeydiyyatını qiymətdən salmaq mümkündürmü?

İndi icazə verin faktlara keçim: Putin baş nazirə (Nikol Paşinyana-red) konkret sual verir: "Sputnik” artıq Ermənistanda qeydiyyata alınıb?". “Bəli", - deyə baş nazir cavab verir.

Vaksin Ermənistanda qeydiyyata alınmayıb. Mən vəzifə tutmuram, amma bu barədə bildirirəm.

Hər halda bir neçə variant var․ Ola bilər, Paşinyana yanlış məlumat verilib və o, yanlış cavab verdi, amma bu artıq əhəmiyyətsizdir. Əks təqdirdə, daha pisdir.

Təəssüf... Axı soruşan bilir ki, o nə haqqında soruşur...

Yeri gəlmişkən, vaksin "Dərmanlar haqqında" qanuna əsasən dərman hesab edilir”, - deyə o feysbukdakı səhifəsində yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: