Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrin birində baş verən hadisə əsgər valideynləri arasında böyük narazılığa səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissədə mövcud olan acınacaqlı vəziyyət səbəbindən xidmət etmək istəməyən daha bir erməni əsgər özünü güllələyib.
Yayılan xəbərlərdə deyilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən, tank taborunun əsgəri Aram Qriqoryan tabeliyində olan silahdan atəş açaraq özünü başından vurub.
Ermənistan Müdafiə Nazirliyi həmişə olduğu kimi, hadisə ilə bağlı heç bir rəsmi açıqlama verməyib.