Ermənistan ordusunun hərbi qulluqçuları arasında son vaxtlar hərbi xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən gecikmə halları artmaqda davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi erməni sosial şəbəkələrinə istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin hərbi qulluqçusu xidmət yerindən qaçıb. Qafan ərazisindəki postdan fərarilik edən Orber Ayvazyanın tapılması və geri qaytarılması ilə bağlı komandanlıq tədbir görür.