İrəvanda hərbi əsirləri gözləyirdilər, təyyarədən Muradov düşdü

A- A A+

Axşam saatlarında Ermənistanda Bakıdan hərbi əsirlərin gətirilməsi iddiası ilə bağlı xəbər yayılıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazir müavini Tiqran Avinyanın mətbuat katibi Njde Ovsepyan açıqlayıb. O bildirib ki, Azərbaycandan növbəti hərbi əsirlər qrupu İrəvana yola salınıb.

Nəticədə ikinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin ailələri və yaxınları Bakıdan İrəvana yola düşən təyyarəni qarşılamaq üçün “Erebuni” aeroportuna toplaşıblar. 

Düzdür, Bakıdan yola düşən təyyarə “Erebuni”yə enib. Lakin “Sputnik Armeniya”nın aeroportda olan müxbiri bildirib ki, “hava gəmisi”nin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kim olmayıb.

Aeroporta toplaşanlar bundan sonra itkin düşmüş hərbçilərin valideynlərinin aksiyasına qoşulmaq üçün Müdafiə Nazirliyinin binasına doğru istiqamət götürüblər.

Qeyd edilib ki, itkin hərbçilərin valideynləri 11 saatdan çoxdur nazirliyin binasını blokadaya alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: