Aprelin 10-da Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə işgüzar səfəri başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukraynanın Prezident Ofisinin saytına istinadla xəbər verir ki, səfər çərçivəsində Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparacaq.
Sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.