Türkiyənin Konya vilayətində turistləri daşıyan avtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Milliyet”ə istinadən xəbər verir ki, qəza nəticəsində 34 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda təcili yardım və polis gəlib. Yaralılar Konyadakı xəstəxanalara aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
İlkin məlumata görə, qəzaya səbəb yolun buz bağlaması olub.
Qeyd edək ki, avtobus sərnişinləri tarixi və turistik məkanları görmələri üçün İzmirdən Orta Anadoluya aparırmış.