Ermənistan prezidenti Armen Sarkisyan parlamentin Məhkəmə Məcəlləsində dəyişikliklərlə bağlı qəbul etdiyi layihəni imzalamaqdan imtina edərək sənədi Konstitusiya Məhkəməsinə göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
A.Sarkisyan məsələ ilə bağlı ekspertlər, Ali Məhkəmə Şurasının təmsilçiləri, ədliyyə naziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə məsləhətləşib. O, maraqlı tərəfləri dinlədikdən sonra məhkəmə sistemində islahatların sistemli aparılmasını əsas götürərək sənədi imzalamayıb.
Qeyd edək ki, Ermənistan parlamenti bu il fevralın əvvəlində Məhkəmə Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Hökumətin hazırladığı sənəd imzalaması üçün prezident A.Sarkisyana göndərilmişdi.