Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayında Ümrə ziyarətində iştirak edəcək zəvvarlar üçün yeni qaydaları açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məkkədəki Böyük Məscid və Mədinədəki Peyğəmbər Məscidinə daxil olmaq üçün əsas şərt zəvvarların vaksinin ən azı bir dozasını vurdurmasıdır. İcazə vərəqi olmayan avtomobillərin Məkkə şəhərinin mərkəzinə girişi qadağan edilib, həmçinin uşaqların məscidə daxil olması və ya onun ətrafında gəzməsinə də izn verilməyəcək.
Nazirlik bəyan edib ki, icazə sənədi olmadan Ümrə ziyarətinə gələn insanlara 10 min Səudiyyə rialı (26 min dollar), məscidlərə özbaşına daxil olanlara isə min rial (2600 dollar) məbləğində cərimə tətbiq ediləcək. Bundan başqa, təravih namazı qılanlar üçün bütün məscidlərdə vaxt məhdudlaşdırılacaq və Kral Salmanın xüsusi qərarı ilə həmin namazın rükəti azaldılacaq.