Çində çoxfunksiyalı müasir incəsənət mərkəzi inşa olunur

A- A A+

Çinin Çjuxay şəhərində məşhur memar Zaha Hadidin arxitektura bürosunun layihəsi ilə çoxfunksiyalı müasir incəsənət mərkəzi inşa edilir.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, layihədə 100 min kvadratmetrlik binada 4 böyükmiqyaslı obyekt - sənət muzeyi, elmi mərkəz, 500 yerlik konfrans zalı və 1,2 min tamaşaçı üçün teatr nəzərdə tutulub. Memarlıq kompleksi şimaldan cənuba 270 metr, şərqdən qərbə isə 170 metr uzanır.

Mərkəzin qərb tərəfində müxtəlif açıq hava tamaşalarına baxmaq məqsədilə amfiteatr yerləşəcək.

Bundan başqa, incəsənət mərkəzinə gələn ziyarətçilər üçün şəhərin və ərazidəki gölün gözəl mənzərəsindən zövq ala bilməsi üçün hava körpüləri tikiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: