Türkiyə Prezidenti: Ramazan ayının ilk həftələrində koronavirus məhdudiyyətlərinin nisbətən sərtləşdirilməsinə ehtiyac var
Türkiyədə koronavirus infeksiyasının yayılma riskini azaltmaq üçün Ramazan ayının ilk iki həftəsi “Evdə qal!” rejimi nisbətən sərtləşdiriləcək. Həftənin ilk beş günü tətbiq olunan bu rejim Türkiyə vaxtı ilə saat 19:00-dan ertəsi gün saat 05:00-dək tətbiq olunacaq. İlk iki həftə hədəfimizə çatmasaq sonrakı dövrdə daha sərt tədbirlərin tətbiqi qaçılmazdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.
Çıxışında ölkəsinin Avropa İttifaqı və Rusiya ilə münasibətlərinə, gündəlikdə duran digər məsələlərə, eləcə də türkdilli ölkələrin birgə fəaliyyətinə geniş yer ayıran Prezident deyib ki, Türk Şurası çərçivəsində yaradılan təsisatlar, hazırlanmış yeni sənədlər daha güclü təşkilatlanmağa ehtiyac olduğunu ortaya qoyub. Mövcud pandemiyanın imkan verəcəyi halda cari ilin noyabrında Türkiyədə keçirilməsi nəzərdə tutulan VII fövqəladə Zirvədə bu istiqamətdə mühüm addımlar atılacaq.