Köhnəlmiş “Windows 7” əməliyyat sistemi (ƏS) üçün yeniləmə çıxarılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, “KB5001335” adlı yeniləmə paketi həm təhlükəsizlik, həm də əməliyyat sistemi üzrə kiçik yeniləmələri əhatə edir. Məsələn, onlardan bir neçəsi əməliyyat sistemində müəyyən səhvləri aradan qaldırır.
Jurnalistlərin sözlərinə görə, yeniləmə yalnız sözügedən ƏS-in bu və ya digər səbəblərə görə “Windows 10”un mövcud versiyasına kimi yeniləmək imkanına malik olmayan korporativ istifadəçiləri üçün əlçatan olacaq. Məlumata görə, indiyədək dünyadakı kompüterlərin təxminən 20 faizi “Windows 7” sisteminin idarəetməsi altında işləyir.