Ermənistanda müharibə zamanı itkin düşən erməni hərbi qulluqçuların yaxınları hökumətin aparat rəhbəri Arsen Torosyanı döyüblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, hadisə Ermənistan hökumətinin binasında Nikol Paşinyanın gözləri önündə baş verib. Torosyanın döyülməsinə səbəb onun itkin düşən erməni hərbi qulluqçuların yaxınları ilə kobud davranması olub.