Egey dənizində Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə 4,8 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə 20:08-də qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.