ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti düymələri yox ola bilən “iPhone” yarada bilər.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə "Appleinsider" nəşrinə istinadən xəbər verir.
Belə ki, ABŞ-ın patentlər və ticarət nişanları idarəsinin saytında dərc olunmuş məlumata görə, yeni cihazların fiziki düymələri olmayacaq. Onların əvəzinə mühəndislər cihazın üzərində xüsusi sensorlu səthlər yaradacaqlar. Bu səthlər toxunuşa reaksiya verəcək və yalnız ehtiyac olan zaman peyda olacaq.
Yeni ixtira “yox ola bilən düymə” adlanır.