Türkiyənin Muğla əyalətinin Datça rayonunda 4,4 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi yayıb.
Yeraltı təkanların episentri Datçadan 33,49 km aralıda yerləşib.
Zəlzələnin ocağı 7,17 km dərinlikdə olub.