NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın məğlub ordusunda əsgər ölümləri bitmək bilmir. Bu gün hərbi hissələrdən birində ipdən asılı vəziyyətdə əsgər meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti səhər saat 11:00 radələrində aşkar edilmiş cəsədin Narek Sevakoviç Xaçatryana aid olduğu bildirib. Onun bir il öncə hərbi xidmətə çağırıldığı qeyd olunub.