Paşinyanın iqamətgahı qarşısında aksiya keçirilib - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət bağı qarşısında etiraz aksiyası keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiya müxalif "Vətənin xilası hərəkatı"nın nümayəndələri və tərəfdarları tərəfindən təşkil olunub.
Məlumata görə, aksiya iştirakçıları Paşinyanın Sünik (Zəngəzur-red) bölgəsinə səfərinə etiraz olaraq hökumət bağı qarşısında toplaşıblar.
Əraziyə polis qüvvələri cəlb olunub.