“Apple” şirkətinin “ağıllı” cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək

A- A A+

"Apple" şirkəti başqa əşyaları tapmağa kömək edəcək "AirTags" adlı ilk "ağıllı" cihazını təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, sözügedən qurğu qulaqlıqdan avtomobilədək istənilən əşyanı tapmağa imkan verir. Cihaz "Apple" qurğularına quraşdırılmış Lokator proqramı ilə birgə işləyir.

Şirkətin nümayəndəsi qurğunun məxfilik qaydalarına riayət edərək insanları izləməyəcəyinə vəd verib.

Qiyməti 29 dollar təşkil edəcək "AirTags" cihazı aprelin 23-də ABŞ-da satışa çıxarılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: