Yaponiyanın “Honda” avtokonserni 2040-cı ilədək özünün yeni elektrmobillərini və yanacaq elementli nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağı planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Nikkei” qəzeti bildirib.
Qeyd edilir ki, avtokonsern yeni modellərin hazırlanılmasına altı il ərzində təxminən 5 trilyon ien (təxminən 46,3 milyard ABŞ dolları) ayırmaq niyyətindədir.
Eyni zamanda “Honda” 2020-ci ildə 4,45 milyon nəqliyyat vasitəsi istehsal edib. Bu nəqliyyat vasitələrində yanacaq elementli avtomobillərin və elektomobillərin payı 1 %-dən az olub.
Yaponiya hökuməti ötən ilin sonlarında istilikxana qazlarının tullantılarının ixtisarının yeni planını bəyənib. Plan əsasən 2030-cu illərin ortasında tamamilə benzin və dizel avtomobillərinin istehsalından imtinanı hədəf seçib.