Hadrutda erməni hərbçilərin meyitləri aşkarlandı

A- A A+

Hadrutda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş iki hərbi qulluqçunun meyiti aşkarlanıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, daha üç erməni hərbçinin meyiti Azərbaycan tərəfindən təhvil verilib.

Beləliklə, ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra Qarabağda aparılan axtarışların gedişatı zamanı Ermənistan ordusunun meyiti tapılan itkin hərbi qulluqçularının sayı 1 551 nəfərə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: