Bu gün qardaş Türkiyədə Çanaqqala quru döyüşlərinin 106-cı ildönümü qeyd olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Çanaqqala şəhərində COVID-19 pandemiyası səbəbindən məhdud şəraitdə keçirilən anım mərasimində qəhrəman türk övladlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, abidənin önünə əklil qoyulub. Mərasimdə Çanaqqala valisi İlhami Aktaş, dövlət rəsmiləri və bir sıra ölkələrin diplomatik nümayəndələrinin əməkdaşları iştirak ediblər.
Çanaqqala 1915-1916-cı illərdə, Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini tam şəkildə həll etməkdə qərarlı idilər. Lakin bu hücumlar uğursuz oldu. Hər iki tərəf də çox ağır itkilər verdi. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də böyük uğursuzluğa uğradı.
Bu dövrdə Mustafa Kamal Paşayа Аnаfаrtаlаr cəbhəsində оrdu qruplаrındаn birinə rəhbərlik еtmək tаpşırılmışdı. Həmin dövrdə cəbhədə vəziyyət аğır оlаrаq qаlırdı. Lаkin düşmən Osmanlı əsgərlərinin müqаvimətini qırаrаq İstanbulu və bоğаzlаrı tutmаq niyyətini həyаtа kеçirə bilmədi. Dənizdən hücumlа Çanaqqalanı ələ kеçirə bilməyəcəyini аnlаyаn düşmən tаktikаnı dəyişərək Mustafa Kamal Paşanın dеdiyi kimi, Seddülbahirdən quruyа qоşun çıxаrmаğа bаşlаyır. 1915-ci il aprеlin 25-də аdıçəkilən istiqаmətdə quruyа çıxаrılаn ingilis-frаnsız əsgərləri ilə Osmanlı оrdusu аrаsındа о dövrün ən qаnlı döyüşləri bаşlаyır. Çоxsаylı düşmən qаrşısındа Osmanlı əsgərlərinin sаyı оlduqcа аz idi. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və “Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək”, - deyə bildirdi. Bu, bəlkə də tarixboyu görünmüş ən böyük sınaq və şərəf döyüşü oldu. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu. Tezliklə dekabrın 20-də Anafartalar və Arıburnu cəbhəsi, 1916-cı il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə, düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş meydanını tərk etdi.
1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşlər müasir Türkiyə dövləti üçün tarixi əhəmiyyət daşıyır. Tarixi mənbələrə görə, Osmanlı ordusu Çanaqqala döyüşlərində 250 min şəhid verib. Döyüş zamanı 3 mindən çox azərbaycanlı şəhid olub.