“ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsinin işlətməsi tarixi reallıqları inkar və təhrif etməkdən başqa bir şey deyil”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ Prezidenti Cozef Baydenin saxta erməni iddiası ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Bu ifadəni işlədənlər dünya və öz tarixlərinə baxmalıdır. ABŞ rəhbərliyinin səbəbi etibarsızdır, çünki mövcud olmayan bir hadisənin təkrarı olmayacaq. 2020-ci ildə belə bir ifadə işlədilməmişdi. Belə qərar alınması üçün nə dəyişdi? Sağlam düşüncəli ABŞ xalqı nə düşünür? Erməni xalqını artıq təmsil etməyən lobbilərin iradəsi ilə qəbul edilən bu qərarın ağıl və əxlaq baxımdan izahı yoxdur. Bu qərar intellektual namus baxımından ibrətamiz bir qərar və açıqlamadır", - o deyib.
H.Akar vurğulayıb ki, tarix belə siyasi açıqlamlarla yazıla bilməz: "Tarixdən yenidən düşmənçilik və yeni qarşıdurma yaratmaq üçün istifadə qəbuledilməz və faydasızdır. Tarixi hadisələr haqq-hesab çəkmək və qarşıduma yaratmaq üçün istifadə edilməməli, siyasiləşdirilməməlidir. Belə bir vəziyyətin yaranması Türkiyə-Ermənistan və türk-erməni əlaqələri başda olmaqla bölgədə sülhün yaranmasını əngəlləyəcək, mənfi təsir göstərəcək. Bölgənin sülh və əmin-amanlığı, erməni diasporu və onu dünən olduğu kimi günümüzdə də öz maraqları üçün istifadə etməyə çalışan ölkələrin deyil, bizlərin, bölgə ölkələrinin, Türkiyənin və Ermənistanın ortaq problemidir. Türkiyə hər zaman 1915-ci il hadisələri ilə bağlı mübahisələrlə bağlı müzakirələri siyasilər deyil, tarixçilər tərəfindən aparılmasının lazımi mövzu olduğunu müdafiə etmiş və ABŞ kimi müttəfiq ölkələr də daxil olmaqla üçüncü ölkələrdən də bunu gözləmişdir. ABŞ rəhbərliyi bu qərarı ilə öz rəsmi hesabatlarını, imzalarını da inkar edərək erməni diasporunun və başqalarının təzyiqlərinə boyun əymiş, ABŞ Beynəlxalq Arxivlər və Qeydlər Agentliyində “General Harbord Raporu 12” başda olmaqla mövcud məlumat və informasiyaları görməzliyə vurub. Nəhayət, yüz illərlə birlikdə təhlükəsiz və rifah içində yaşadıqları, birlikdə yaşamaq iradəsinə sahib olduqları Amerika sənədləri ilə sabit türk-erməni cəmiyyəti arasında bir dövr yaşananları “soyqırımı” olaraq qələmə vermək qəflətdir, cəhalətdir və gələcəyin təxribidir. Bu yanlış düzəldilməlidir".