Vladimir Zelenski: Ukrayna və Rusiya Donbasda sakitliyin bərpası üçün danışıqların son mərhələsindədir
Donbasdakı münaqişə zonasında sakitliyin bərpası üçün tərəflər arasında danışıqlar son mərhələdədir. Eyni zamanda, Ukrayna və Rusiya prezidentlərinin görüşü də baş tuta bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Çernobıl AES-ə səfəri zamanı keçirdiyi brifinqdə məlumat verib.
Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş zəruridir. O, Ukrayna Prezident Aparatına Kremllə belə bir görüşün tarixi və yeri barədə razılığa gəlməyi tapşırıb.