Ermənistanın hakim “Mənim addımım” fraksiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, proses parlamentin buraxılması və iyunda növbədənkənar seçkilərin keçirilməsi üçün zəruridir.
Xatırladaq ki, Nikol Paşinyan iyunun 20-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar aprelin 25-də baş nazir vəzifəsindən istefa verib.