Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilir ki, jurnalistlər Sarkisyandan erkən seçkilərə qatılmaqla bağlı qərar qəbul edib-etmədiyini öyrənməyə çalışıblar. Eks-prezident suala qısaca "yox" cavabı verib.