Türkiyənin iki şəhərində Azərbaycan bulvarı və Qarabağ parkı açılacaq

A- A A+

Şanlıurfa və Battalqazidə oktyabr ayında Azərbaycan bulvarı və Qarabağ parkının açılışı olacaq.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti görüşdə deyilib.

Q.Paşayeva Azərbaycan bulvarı və Qarabağ parkının açılışını həyata keçirəcək Şanlıurfa və Battalqazi bələdiyyə başçılarına təşəkkürünü bildirib.

Millət vəkili qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib.

Türkiyə nümayəndə heyəti paytaxtla yaxından tanış olublar, İçərişəhəri ziyarət ediblər. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız Qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: