Dubaydakı bayraq mozaikası “Ginnesin Rekordlar Kitabı”na düşüb

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müstəqillik Günü ilə əlaqədar Dubayın mərkəzindəki Polis Akademiyasının qarşısında yerləşən parkda quraşdırılmış dövlət bayrağının təsviri olan 498,33 kvadratmetrlik mozaika “Ginnesin Rekordlar Kitabı”na düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mozaikanın sponsoru qismində BƏƏ-nin Milli Ərzaq Məhsulları Şirkəti, habelə Əmirliyin Qırmızı Aypara Cəmiyyəti və Dubay hökuməti çıxış ediblər.

Mozaika ilə yanaşı, sponsorlar COVID-19 pandemiyası nəticəsində sosial çətinliklər yaşayan aztəminatlı ailələrə yardım kampaniyası çərçivəsində 490 min ərzaq paketi paylayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: