"Erməni soyqırımı”nı ABŞ-ın tanıması oyuna bənzəyir" Dmitri Peskov

A- A A+

Vaşinqtonun “erməni soyqırımı”nı tanıması, "qamçı və kətə" siyasətinin təzahürüdür və bu erməni xalqına olan mərhəmət deyil. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”da “Böyük oyun” verilişinin efirində deyib.

“Düşünürəm ki, Vaşinqton tərəfindən “soyqırımı”nın tanınması, çox güman ki, sevimli "qamçı və kətə" oyununun ayrılmaz hissəsidir. Bu, nə erməni xalqına rəğbət bəsləmək istəyidir, nə Osmanlı İmperiyası tarixini, nə də Ermənistan tarixini dərindən dərk etmək istəyidir”,- deyə Dmitri Peskov bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden qondarma “erməni soyqırımı” ifadəsi işlədib və bu da Türkiyə və Azərbaycanda narazılıqla qarşılanıb. Ekspertlərin də əksəriyyəti ABŞ prezidentinin bu addımını qınayıb və bunun heç də ədalət axtarışı, insanpərvərlik olmadığını bəyan ediblər. Görünür, Rusiya prezidentinin mətbuat katibi də həmin ekspertlərlə eyni fikirdədir və ABŞ prezidentinin bu ədalətsiz qərarı barədə fikir bildirməkdən çəkinməyib. Məhz bu səbəbdən də Peskov bunu ABŞ tərəfindən oynanılan oyun adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: