Faciəyə çevrilmiş bayram: İsraildə milli matəm elan olunub

A- A A+

İsrailin baş naziri Binyamin Netanyahu dini bayramda baş vermiş faciə ilə əlaqədar ölkədə milli matəm elan edib.

NUHÇIXAN İnformasiya Agentliyi İsrail KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir videomüraciətində Meron dağında baş verənləri ölkə tarixinin ən ağır fəlakətlərindən biri adlandırıb və bazar gününü milli matəm günü elan etdiyini bildirib.

Aprelin 30-na keçən gecə Meron dağında Laq ba-Omer dini bayramında tribunanın çökməsi nəticəsində basırıq yaranıb. Mərasimdə 100 mindən çox insan olub. Hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 44 nəfər həyatını itirib, azı 150 nəfər yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: