Paşinyan Rusiyada gülünc vəziyyətə düşdü - VİDEO
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbəti dəfə ciddi siyasi səhvə yol verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyada səfərdə olan Paşinyan Kazanda baş nazir Mixail Mişustinlə görüşüb. Rus dili biliyi aşağı səviyyədə olan Paşinyan görüş zamanı özünü gülünc vəziyyətə qoyub.
"Savadsızlığın daha bir nümunəsi. Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Qarabağ müharibəsini "bərpa" etdiyinə görə təşəkkür etdi. O, Rusiya və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Dağlıq Qarabağdakı müharibənin "bərpa"sında rol oynadığını dedi", - deyə erməni KİV-ləri yazıb.
Qeyd edək ki, rus dili biliyi bərbad olan Nikol Paşinyan Rusiyaya təşəkkür edərkən "müharibəni dayandırdığı üçün" əvəzinə "müharibəni bərpa etdiyi üçün" ifadəsini işlədib.