Qırğızıstan Prezidenti mayın 1-2-ni milli matəm günü elan edib

A- A A+

Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 29-30-da Batken vilayətində- Tacikistanla sərhəddə baş verən qarşıdurmada çoxsaylı insan tələfatı ilə əlaqədar mayın 1-2-ni ölkədə milli matəm günü elan edib.

NUHÇIXAN İnformasiya Agentliyi Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinə istinadla xəbər verir ki, dövlət başçısı Sadır Japarov bununla bağlı Fərman imzalayıb.

Fərmanda deyilir ki, mayın 1-2-də Qırğızıstanın bütün nazirlik, idarə və təşkilatlarında, xaricdəki səfirlik və konsulluqlarda dövlət bayraqları endirilir.

Xatırladırıq ki, Qırğızıstan-Tacikistan sərhədinin Batken vilayətində baş verən qarşıdurmada 31 mülki şəxs və hərbçi ölüb, 154 nəfər yaralanıb, əhalinin əmlakına və hökumət idarələrinə ciddi zərər dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: