Qırğızıstanda sərhəd münaqişəsində ölənlərin sayı 33-ə yüksəlib

A- A A+

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı münaqişə nəticəsində yaralananların sayı 166 nəfərə, həlak olanların sayı isə 33 nəfərə yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Jalaliddin Rahmatullayev Interfax agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, güllə yarası nəticəsində həlak olan daha iki Qırğızıstan vətəndaşının cəsədi Batken vilayətinin Leylek rayonunda aşkarlanıb.

Eyni zamanda, münaqişə nəticəsində Tacikistan tərəfindən 90-dan çox insanın yaralandığı, 10 nəfərin isə həlak olduğu bildirilir.

Qeyd edək ki, sərhədlərin dəqiq delimitasiya olunmaması səbəbindən bu regionda mütəmadi münaqişələr baş verir. Belə ki, 972 kilometrlik Tacikistan-Qırğızıstan sərhədinin 519 kilometrində sərhədlər müəyyən edilsə də, 375 kilometri hələ də razılaşdırılmayıb.

Aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarında yerli əhali arasında başlayan növbəti münaqişə sərhədçilərin silahlı qarşıdurması ilə nəticələnib. Həmin gün axşam saatlarında Bişkek və Düşənbə arasında atəşkəs barədə razılığın əldə olunmasına baxmayaraq, növbəti gün atışmalar yenidən bərpa olunub. Aprelin 30-da tərəflər yekun atəşkəsə nail olduqları barədə məlumat yaysalar da, mayın 1-də sərhəddə vəziyyət yenidən kəskinləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: