Bu il mayın 15-dən etibarən Türkiyəyə gələcək 15 ölkənin vətəndaşları üçün COVID-19 (PSR) testi məcburiyyəti ləğv edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətinin rəsmi internet səhifəsində bildirilib.
Məlumatda qeyd edilib ki, mayın 15-də qüvvəyə minəcək yeni qərara əsasən, Hong Kong, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tayland, Cənubi Koreya, İsrail, Yaponiya, Birləşmiş Krallıq, Latviya, Lüksemburq, Ukrayna və Estoniyadan Türkiyəyə gələcək sərnişinlərdən COVID-19 testi tələb edilməyəcək.