Türkiyənin növbəti süni peyki - “TürkSAT 5A” mayın 3-də fəaliyyət məkanına çatıb və bir ay ərzində test çalışmalarına başlayaraq xidmətə hazırlanacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Nazirin sözlərində görə, Türkiyənin istismara hazırladığı “TürkSAT 5B” yeni süni peykinin cari ilin dördüncü rübündə fəzaya buraxılması planlaşdırılır.
Qeyd edək ki, Türkiyənin ən güclü süni peyki - “TürkSAT 5A” cari il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib. Uçuş uğurla başa çatıb. “TürkSAT 5A” sayəsində orbitdə gücünü artıran Türkiyə bundan sonra Yaxın Şərq və Afrika qitəsinə də peyk xidməti göstərəcək. “TürkSAT 5B” xidmət dairəsi isə daha geniş coğrafiyanı əhatə edəcək.