“Ginnesin Rekordlar Kitabı”na düşən “çaydan”

A- A A+

Çində çaydan şəklində hazırlanmış “Wuxi Wanda” sərgi mərkəzi rəsmi olaraq dünyanın ən hündür gil çaydanı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, hündürlüyü 38,8 metr və diametri 50 metr olan bina çərçivənin lazımi əyriliyini təmin edən alüminium təbəqələrlə örtülüb. Bundan əlavə, binanın üç mərtəbəsinin hər biri öz oxu boyunca fırlanır.

“Wuxi Wanda” mərkəzinin ziyarətçiləri sərgi salonlarından başqa, su parkı və burada quraşdırılmış attraksiondan da istifadə edəcəklər.

“The Wanda Group” şirkətinin inşa etdiyi bina 6,4 milyard dollara (40 milyard yuan) başa gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: