Türkiyənin Çanaqqala vilayətinin Biqa rayonunda 4 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 09:42-də qeydə alınan zəlzələnin ocağı yerin 6,9 kilometr dərinliyindədir.
Yeraltı təkanlar başda İstanbul olmaqla bir sıra ətraf rayonlarda da hiss edilib.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.