İstanbulda yaşayış binası çöküb

A- A A+

İstanbulun Zeytinburnu rayonunda beşmərtəbəli yaşayış binası çöküb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün axşam saatlarında binanın əsas dayaqlarında müxtəlif səslərin eşidilməsindən sonra sakinlər dərhal təxliyə edilib.

Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı, lakin dağıntılar altında avtomobillərin qaldığı bildirilir.

Hazırda hadisənin fəsadlarının aradan qaldırılması işləri həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: