Türkiyənin Batman vilayətinin Hasankeyf rayonu ərazisində yerləşən 540 yaşlı, 1500 ton ağırlığında olan Artuklu Hamamı başqa yerə köçürülüb.
NUHÇIXAN xəbər verir ki, su anbarı tikintisi səbəbindən bu tarixi abidə əvvəlki yerindən 2950 metr aralıya daşınıb.
Qeyd edək ki, Türkiyədə tarixi abidələrin təhlükəsizlik məqsədilə bütöv şəkildə köçürülməsinə ilk dəfə 2017-ci ildə Zeynel Bey Türbesinin yerinin dəyişdirilməsi ilə başlanılıb.