Azərbaycanın iştirak etdiyi “TENİZ-2018” beynəlxalq kompleks təlimi başa çatıb

A- A A+

Qazaxıstanın Mangistau vilayətində start götürən və 2 gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi sona çatıb.

NUHÇIXAN xəbər verir ki, təlimə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xilasetmə xidmətlərinin canlı qüvvə və texnikaları cəlb olunub. “TENİZ-2018” beynəlxalq kompleks təliminin keçirilməsində əsas məqsəd fövqəladə hallara effektiv və əlaqələndirilmiş şəkildə reaksiya verilməsi üçün region dövlətlərinə məxsus xilasetmə xidmətlərinin, sahilyanı mühafizə qüvvələrinin, neft şirkətlərinin və digər müvafiq dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin nümayiş etdirilməsindən ibarət olub.

Təlim iki mərhələdə keçirilib. Birinci mərhələdə şərti fövqəladə hal baş verdiyi təqdirdə qarşılıqlı informasiya mübadiləsi və Xəzəryanı dövlətlərin xilasedici qüvvə və vasitələrinin təşkilinə dair tapşırıqlar yerinə yetirilib. İkinci mərhələ zamanı isə “İri həcmli gəmilərin toqquşması zamanı yaranmış fövqəladə halların qarşısının alınması”, “Xəzər dənizi hövzəsində gəmidə yanğın baş verdiyi təqdirdə insanların xilas edilməsi və yanğının söndürülməsi”, “Potensial təhlükəli obyektdə yanğının qarşısının alınması və kimyəvi tullantıların məhv edilməsi”, “Qazma qurğularında yanğının söndürülməsi” və “Daşqın bölgəsindən insanların və əmlakın xilas edilməsi” üzrə tapşırıqlar icra olunmuşdur. Təlimin ikinci mərhələsində, həmçinin qəza-xilasetmə avadanlıqlarının sərgisi də keçirilib.

Təlimin sonunda mükafatlandırma mərasimi keçirilib. FHN-nin 12 əməkdaşı Qazaxıstan daxili işlər naziri tərəfindən mükafatlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: