"Ermənistan" alyansının mitinqində etirazçıların sayı 33 min nəfərə çatıb

A- A A+

Mayın 9-da İrəvanın Azadlıq Meydanında Ermənistanın ikinci Prezidenti Robert Koçaryan, "Daşnaksütyun" və "Yüksələn Ermənistan" partiyalarının qurduğu "Ermənistan" alyansının mitinqi baş tutub. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, hökümətyönlü "qaynaqlar", iştirakçıların sayı ilə bağlı sosial şəbəkələrdə elan edilən rəqəmlərə lağ ediblər və bu rəqəmlərin süni olaraq şişirdildiyini elan ediblər.

Past.am xəbər saytına görə, müstəqil ekspertlərin, Polisin və Milli Təhlükəsizlik Xidmətinin hesablamaları bu rəqəmlərdən çox fərqli olub. Sözügedən xəbər portalının hüquq-mühafizə orqanlarındakı mənbələrinin verdiyi məlumata görə, mitinqdə təxminən 33 min nəfər iştirak edib.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan, "Daşnaksütyun" və "Yüksələn Ermənistan" partiyaları birgə "Ermənistan" adlı alyansda birləşiblər və birgə hərəkat keçirməkdə davam edəcəklərini bəyan edirlər. Qeyd edək ki, bu alyansın keçirdiyi mitinqə toplaşanların qeyd olunan sayı məhz polis və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarında da öz əksini tapır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: