ÜST B.1.617 mutasiyasını “narahatlıq doğuran variant” elan edib

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ilk dəfə Hindistanda rast gəlinən B.1.617 mutasiyasını “narahatlıq doğuran variant” elan edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq təşkilatın eksperti Maria Van Kerkhove B.1.617 mutasiyasının müəyyən qədər peyvəndlərə qarşı resistent olduğunu bildirib. O qeyd edib ki, məhz bu səbəbdən ÜST bu mutasiyanı “narahatlıq doğuran variant“ hesab edir.

Həmçinin bildirilib ki, aparılan müşahidələr bu mutasiyanın Hindistanda rast gəlinən digər koronavirus variantları ilə müqayisədə daha sürətlə yayıldığını göstərir. Hindistan hələ ötən ilin oktyabr ayında Bütün İnfluenza Məlumatlarının Paylaşılması üzrə Qlobal Təşəbbüsün (GISAID) məlumat bankına ilk dəfə B.1.617 qenomu informasiya verib. Aprel ayının sonuna kimi ÜST bu mutasiyanı “maraq doğuran variant“ səviyyəsində qiymətləndirsə də, artıq onun təhlükəsi tam şəkildə qəbul olunub.

Qeyd edilməlidir ki, hazırda koronavirus pandemiyasının ikinci dalğası 1,36 milyard əhalisi olan Hindistanda bütün şiddəti ilə tüğyan edir. Ölkənin səhiyyə sistemi ağır vəziyyətdədir və B.1.617 mutasiyası daha da kəskinləşməsində ciddi rol oynayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: