Çərşənbə günü səhər İrəvanda onlarla avtobus və mikroavtobus sürücüsü yanacaq tədarükünün olmamasına görə etiraz aksiyası keçirərək işləməyiblər.
NUHÇIXAN İnformasiya Agentliyi Sputnik Ermənistana istinadən xəbər verir ki, onların sözlərinə görə, yanacağı CPS şirkəti tədarük etməyə başlayandan sonra çətinliklərlə üz-üzə qalıblar. Sürücülər bildiriblər ki, hər iş gününün sonunda maşınlarına yanacaq doldurduqları halda dünən anbarlarda nə benzin, nə də dizel tapıblar.
Bu baxımdan 35, 20, 5, 45, 38, 33, 26, 4 və digər bir sıra marşrut xətləri səhər işə çıxmayıb.
"Dünən yanacaq ala bilmədik. İndi necə işləyə bilərik? Dövlət düşünsün, meriya problemi necə həll edəcəyini düşünsün. Minlərlə soydaşımız nəqliyyatsız qaldı",-deyə sürücülərdən biri bildirib. Onların sözlərinə görə, paytaxt rəhbərliyi onların işləməsini istəmirsə, o zaman sadəcə işləməyəcəklər.
İrəvan bələdiyyə başçısının mətbuat katibi Hakop Karapetyan problemin yanacaq tədarükçülərində olduğunu deyib. O, qeyd edib ki, tədarükçülərlə müzakirələr aparılır və problemlər tamamilə texniki xarakter daşıyır.