“Türk Hava Yolları” (THY) təhlükəsiz uçuş qaydalarının tətbiqi üzrə Avropanın ən yaxşı aviasiya şirkətləri siyahısına daxil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə THY-nin baş müdiri Bilal Ekşi sosial media hesabı vasitəsilə bildirib.
Xarici Təyyarə Proqramının Təhlükəsizliyinin Qiymətləndirilməsi İdarəsi (SAFA) tərəfindən keçirilən sorğuda təyyarələrin fiziki vəziyyəti, kabininin və salonun standartlara uyğunluğu, eləcə də uçuş təhlükəsizliyini təmin edən qaydaların tətbiqi nəzərə alınır.
Qeyd edək ki, THY təyyarələri son bir il ərzində 25 ölkə tərəfindən 54 dəfə xarici qurumların təhlükəsizlik yoxlamalarından keçirilib.