ABŞ hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar

A- A A+

Amerika hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın CNN televiziya kanalı yayıb. Məlumatda bildirilir ki, ABŞ-ın Əfqanıstanın Qəndəhar şəhəri yaxınlığındakı hərbi bazasının əsgər və zabitləri bazanı tərk edərək ABŞ-a qayıdıblar. Hərbi baza isə Əfqanıstanın hökumət qüvvələrinə təhvil verilib.

CNN kanalının bu barədə yaydığı məlumatı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi də təsdiqləyib.

Qeyd edək ki, Qəndəhar yaxınlığındakı hərbi baza Əfqanıstan ərazisindəki ən böyük hərbi bazadır. Burada ABŞ hərbçiləri ilə yanaşı beynəlxalq kaolisiyaya daxil olan dövlətlərin də 26 min hərbçisi xidmət edirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: