Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərinin meyiti aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2002-ci il təvəllüdlü Roman Baqdasaryan ötən il hərbi xidmətə çağırılıb. Onun meyiti bu gün səhər saat 7 radələrində asılmış vəziyyətdə aşkarlanıb.
Faktla bağlı istintaq aparılır.