Avstraliyanın ən yaşlı adamı olan 111 yaşlı Dexter Kruqer uzunömrlülüyün sirrini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əvvəllər cütçü olan Kruqer müntəzəm olaraq toyuq beyni yediyi üçün uzun ömür yaşadığını bildirib. Onun 74 yaşlı oğlu Qreq isə atasının uzunömürlü olmasının həyatını şəhərdən uzaqda keçirməsindən asılı olduğunu qeyd edib.
Kruqerin qaldığı qocalar evinin meneceri, onun bu günlərdə öz tərcümeyi-halını yazdığını və yaddaşının hələ də yaxşı vəziyyətdə olduğunu söyləyib.
Qeyd edək ki, Avstraliyanın ən yaşlı insanı Kristina Cook 2002-ci ildə 114 yaşında dünyasını dəyişib.