Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd olunur

A- A A+

Mayın 19-u Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü kimi milli bayram səviyyəsində qeyd olunur. Türkiyədə milli qurtuluş mübarizəsinin başlanması münasibətilə təsis edilən bu bayram münasibətilə ölkədə ümumi tətil elan edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni növ koronavirus pandemiyası səbəbindən geniş kütləvi tədbirlərin ləğv olunmasına baxmayaraq, küçə və meydanlar bayramsayağı bəzədilib. Bayram tədbirləri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə gənclərinin nümayəndələri ilə görüşü nəzərdə tutulub. Dövlət başçısı bayram münasibətilə ölkə ictimaiyyətinə təbrik ünvanlayıb.

Gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlunun rəhbərliyi ilə ölkə gənclərini təmsil edən heyət Anıtqəbirə gələrək Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını –Anıtqəbri ziyarət edib.

Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin dövlət himni ifa edilib, xatirə dəftərinə ürək sözləri yazılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: