Ermənistan baş prokuroluğu ötən il 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra baş vermiş iğtişaşlarla əlaqədar 54 nəfərə ittiham irəli sürüb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən məlumatına görə, saxlananlar barəsində kütləvi iğtişaşların təşkili, hakimiyyəti güc yolu ilə ələ keçirmək, hakimiyyət nümayəndələrinin tələblərinə əməl etməmək, hökumət binasına qanunsuz daxil olma, dövlət əmlakına ziyan vurmaq və digər maddələrlə ittiham irəli sürülüb.
Bundan başqa, həmin gün parlamentin spikeri Ararat Mirzoyanın döyülməsi faktı ilə bağlı əlavə cinayət işi aparılır.